çimərliklərlə bağlı digər dövlət qurumlarına da müraciət edilib

img

07-07-2009 [02:08]


Qadağan olunmuş çimərliklərə nəzarət gücləndirilir və orada çimmək insan səhhəti üçün təhlükəli olduğundan bunun qarşısı alınmağa çalışılır. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal Gigiyena şöbəsinin həkimi Eldar Abdullayevin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, 4 rayon ərazisində yerləşən çiməliklərdə çimməyin qadağan olmasına dair qərarın icrası ilə əlaqədar müvafiq tədbirlər görülür. İlk növbədə orada yerləşən çimərliklərin rəhbərliklərinə rəsmi göstərişlər verilib: ?Həmin ərazilərdə özəl çimərliklər üstünlük təşkil edir. Göstərişlərdə çimərliklərdə çimməyin qadağan olması haqqında xüsusi lövhələrin yerləşdirilməsi, çimməyə gələn əhaliyə radio vasitəsilə informasiya verilməsi öz əksini tapıb. Mərkəzin rayon nümayəndələri həmin ərazilərdə olmuş və bu göstərişlərin icrası müvafiq qaydada nəzarətdə saxlanılır. Amma işçilərimizin sayı məhdud olduğundan, həmin ərazilərdə əhalinin çimməsinin qarşısını almaq imkan və səlahiyyətimiz xaricindədir. Ona görə də Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı Baş Polis İdarəsinə və Fövqəladə Hallar Nazirliynə bu barədə məlumat verilib?. E.Abdullayev deyib ki, həmin çimərliklərdə suyun laborator müayinəsi davam etdirilir və təkrar müayinələr zamanı suyun çirklənmə göstəricisinin enmədiyi aşkarlanıb: ?Həmçinin, Bakı şəhərinin digər rayonlarında yerləşən çimərliklərdən dəniz suyunun nümunələri götürülərək laborator müayinəyə cəlb edilib və kimyəvi -bakteoroloji müayinələr aparılır. Müayinənin nəticələri nəzarətdədir və bir daha təkrar edirəm ki, götürülən nümunələrdə çirklənmə göstəriciləri enməyib?. E.Abdullayevin sözlərinə görə, monitorinqlər müvafiq qaydada davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA