ilham Əliyev: ?izğalçı qüvvələr torpaqlarımızdan çıxarılmalıdır və ondan sonra sülh sazizi imzalana bilər?

img

07-07-2009 [11:44]


?Biz hamımız çalışırıq və çalışmalıyıq ki, bütün Qafqazda sülh tam bərqərar olsun. Çünki Qafqaz vahid orqanizmdir. Cənubi Qafqaz ölkələri müstəqil dövlətlərdir, Şimali Qafqaz respublikaları Rusiya dövləti tərkibində fəaliyyət göstərirlər. Ancaq bu coğrafi ərazi təkcə coğrafi ərazi deyil. Qafqaz xalqları bir-birinə çox bağlıdır, çox yaxındır və biz çox istəyirik ki, bütün Qafqazda sülh bərqərar olsun. Müharibələrə, qarşıdurmalara son qoyulsun və nəhayət, uzun illər ərzində, onilliklər, əsrlər ərzində Qafqazda yaşayan insanların əziyyətinə son qoyulsun. Hər halda Azərbaycan dövləti öz üzərinə düşən vəzifəni icra edir?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Təzə pir məscid kompleksinin açılışı mərasimində çıxış edən prezident İlham Əliyev deyib. Cənubi Qafqazda münaqişələrin mövcudluğunun ümumi inkişafa böyük maneə və təhlükə olduğunu vurğulayan İ.Əliyev Qarabağ münaqişəsi ilə bağlı fikirlərini də bildirib: ?Təkcə bizim üçün yox, bütün bölgə üçün böyük təhlükədir. Bu təhlükələrin içində ən böyük təhlükə Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Atəşkəs rejimindən sonra 15 ildir ki, məsələ öz həllini tapmır. Azərbaycanın əzəli torpaqları işğal altındadır. 20 faiz torpaqlarımız işğal altındadır. Bu etnik təmizləmə siyasətindən əziyyət çəkən 1 milyon vətəndaşımız qaçqın, köçkün şəraitində yaşayır. İşğal edilmiş torpaqlarda erməni silahlı qüvvələri hər şey dağıdıb. Bütün binalar, evlər, məktəblər, xəstəxanalar, məscidlər dağıdılıb. Buna son qoyulmalıdır və bu münaqişə yalnız beynəlxalq hüquq normaları əsasında öz həllini tapa bilər. Bu normalar hamıya bəllidir və dünyanın ən birinci beynəlxalq təşkilatı olan BMT və onun Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul edib. Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur. ATƏT, İslam Konfransı Təşkilatı və digər mötəbər beynəlxalq təşkilatlar bu məsələ ilə əlaqədar ədalətli mövqe tuturlar. Bu mövqe ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır və ondan sonra sülh sazişi imzalana bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA