Səbail bələdiyyəsinin sədrinə qarzı cinayət izi bazlandı

img

06-07-2009 [06:43]


[b]O, vəzifə səlahiyyətlərini aşmaqda və saxtakarlıqda ittiham olunur[/b] Son günlər Səbail bələdiyyəsi ilə bağlı yayılan məlumatlar artıq rəsmi təsdiqini tapmaqdadır. Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda bələdiyyə sədrinin cinayət məsuliyyətinə cəlb olunduğunu təsdiqlənib. Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, Səbail bələdiyyəsinin sədri Hüseynov Əhməd Həsən oğlu barəsində 23 iyun 2009-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb. İş üzrə istintaq qrupu yaradılaraq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən istintaq aparılır. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA