Prezidenti ilham Əliyevin iztirakı ilə Təzəpir məscid kompleksi istifadəyə verilib

img

06-07-2009 [06:04]


İyulun 6-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə əsaslı yenidənqurma və geniş tikinti işlərindən sonra Təzəpir məscid kompleksi istifadəyə verilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə prezident İlham Əliyevə burada aparılan əsaslı yenidənqurma və tikinti işləri barədə ətraflı məlumat verib. A.Paşazadə bildirib ki, kompleksdə ən yüksək səviyyədə yenidənqurma, tikinti və tərtibat işləri aparılıb. Prezident kompleksə daxil olan Təzəpir məscidinə, mərasim zalına, Bakı İslam Universitetinin tədris korpusuna, kitabxanaya, Qafqaz Müsəlmaları İdarəsinin inzibati binasına baxıb. Daha sonra İ. Əliyev kompleksin iclas zalında yerli və xarici qonaqlar qarşısında çıxış edib. Mərasimdə, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Xəzəryanı bölgə yeparxiyasının yepiskopu Aleksandr Ata, Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov, Vatikanın Azərbaycandakı apostol nunsisi Klaudio Qucerotti, Şimali Qafqaz Müsəlmanaları Şurasının sədri İsmayıl Berdiyev çıxış ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA