1556 abituriyent qəbul imtahanında iztirak etməyib

img

06-07-2009 [04:33]


İyulun 5-də 3-cü ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələri, yəni abituriyentlərin nə qədər bal toplamaları barədə rəsmi məlumat iki gün ərzində veriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə Müstəqil İnformasiya Agentliyinə deyib ki, ixtisas seçimi isə bütün qruplar üzrə ali məktəblərə qəbul imtahanları başa çatdıqdan sonra ? yəni iyul ayının 25-dən, avqust ayının 3 qədər aparılacaq. ?Ali məktəblərə bu ilki qəbul planı və siyahısı artıq ?Abituriyent? jurnalının 4-cü sayında dərc olunub. Nəzərinizə çatdırım ki, jurnal artıq satışdadır. Həmin jurnalda ayrı-ayrı ixtisaslar üzrə plan yerlərinin sayı, ali məktəblərin ixtisaslarının siyahısı təqdim olunub?. E.Nağızadənin sözlərinə görə, 3-cü ixtisas qrupu üzrə qəbul imtahanına 35772 abituriyent sənəd verib. İmtahanda 1556 abituriyent iştirak etməyib. ?Təəssüf hissi ilə onu da bildirmək istərdim ki, imtahan qaydalarına zidd hərəkət edən 12 abituriyent imtahandan xaric edilib. Eləcə də 15 abituriyent imtahana mobil telefonla keçməyə cəhd göstərmiş və həmin abituriyentlər barədə akt tərtib edilərək, imtahandan kənarlaşdırılıblar. 7 abituriyent isə imtahanın gedişatına mane olduqlarına və nizam-intizam qaydalarına riayət etmədiklərinə görə imtahana buraxılmayıblar?. Mətbuat katibi bildirib ki, imtahan keçirilən günü, yəni axşam saat 21:00-dan etibarən TQDK-nın rəsmi internet saytında imtahanda istifadə olunmuş test tapşırıqlarının doğru cavabları, bütün variant və bölmələr üzrə təqdim olunmuşdur. Eyni zamanda balların hesablanması üçün xüsusi kalkulyator proqramı da artıq saytda mövcuddur. Mətbuat katibi onu da deyib ki, 1-ci ixtisas qrupu üzrə qəbul imtahanı iyul ayının 12-də keçiriləcək: ?1-ci ixtisas qrupu üzrə qəbul imtahanı üçün buraxılış vərəqələri iyul ayın 6-dan, 11-dək verilir. Başqa ixtisas qrupları üzrə imtahana buraxılış vərəqələri almaq üçün TQDK-ya müraciət etməyə ehtiyac yoxdur. Çünki başqa ixtisas qrupları üzrə buraxılış vərəqələri hələ verilmir. İyul ayının 13-dən 17-nə qədər 4-cü ixtisas qrup üzrə imtahana buraxılış vərəqələri veriləcək. Həmin ixtisas qrupu üzrə imtahan iyul ayının 18-də keçiriləcək. Sonuncu imtahan isə 2-ci ixtisas qrup üzrə iyul ayının 24-də baş tutacaq?. E. Nağızadənin dediyinə görə, həmin ixtisas qrup üzrə buraxılış vərəqələri iyul ayının 20-dən, 23-dək veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA