11077 ədəd mina və hərbi sursat məhv edilib

img

06-07-2009 [02:44]


2009-cu ilin iyun ayı ərzində 2 milyon 520 min 274 kvadrat metr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan təmizlənib. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mətbuat xidmətinin əməkdaşı Səbinə Cəlilovanın Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, əməliyyatlar zamanı 11077 mina və partamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib: ?Əməliyyatlarda 425 nəfər mütəxəssis və 115 nəfər yardımçı heyət iştirak edib. Həmçinin, əməliyyatlarda 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran maşından istifadə edilib. Hazırda təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağstafa və Samux rayonlarında aparılır. Cari ilin iyun ayı ərzində 4 bədbəxt hadisə qeydə alınıb və 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb?. S.Cəlilova, ötən ay ərzində baş tutmuş səfər və görüşlər barədə də məlumat verərək deyib ki, 11-18 iyun 2009-cu il tarixində ANAMA mütəxəssisləri İsveç və Almaniyaya səfər ediblər: ?Səfərdə məqsəd ?D-mine?test sisteminin istifadəsi üzrə təlimlərdə iştirak və ?Vallon? Şirkəti tərəfindən istehsal olunan 15 dedektor əldə etmək idi. 15-26 iyun tarixində ANAMA-nın Ümumi və Kadrlar üzrə meneceri İsveçrənin ?Minasız Dünya? Fondunun Proqramı çərçivəsində Layihənin qiymətləndirilməsi və monitorinqi üzrə İsveçrəyə səfər edib. 16 iyun 4 iyul 2009-cu il tarixlərində Azərbaycan hökumətinin Əfqanıstana qeyri-hərbi sahədə yardımı çərçivəsində Əfqanıstan Minatəmizləmə Deportamenti işçilərinin ilk qrupu Azərbaycana gəlib. Səfərdə əsas məqsəd ANAMA-nın dəstəyi ilə Əfqanıstanda minatəmizləmə əməliyyatlarının 3 istiqaməti üzrə Milli potensialın qurulmasıdır. Planlaşdırılan təlimlər 2 mərhələdən ibarət olacaq və 5 ay müddətində davam edəcək. İlk mərhələdə Əfqanıstan Minatəmizləmə Deportamentinin işçiləri ANAMA-nın Füzuli və Göygöl bazalarında təlimlərə cəlb olunacaqlar. İkinci mərhələdə isə ANAMA mütəxəssisləri Əfqanıstana səfr edərək, bu ölkənin işçi heyəti tərəfindən Azərbaycanda əldə edilmiş biliklərin təkrarı və yerindəcə əlavə təlimlərin keçirilməsini təmin edəcəklər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA