Hərbi hissədə əsgərə ağır izgəncələr verilib

img

06-07-2009 [02:42]


Mustafayev Samir Tahir oğlunun valideynləri İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinə müraciət edərək, hərbi xidmətdə olan övladlarının işgəncələrə məruz qaldığını bildiriblər. Sözügedən Komitənin sədri Elçin Behbudovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, məsələylə əlaqədar Müdafiə Nazirliyinə və Respublika Hərbi Prokurorluğuna müraciət ediləcək: ?Mütəmadi olaraq hərbi hissələrdə monitorinqlər keçirməyə çalışırıq. Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələr isə xüsusi ilə diqqət mərkəzimizdə olur. Amma bir dəfə gedib baxmaqla məsələ həll olmur?,- deyən E.Behbudov bildirib ki, əsasən müraciətlər əsasında monitorinqlər keçiririrlər. Ən son müraciət isə əsgər Samir Mustafayevin valideynləri tərəfindən edilib. 1991-ci il təvəllüdlü həmin əsgər Quba rayon sakinidir və Tovuz rayonundakı N saylı Hərbi Hissədə xidmət edib. Komitə sədri deyib ki, əsgərin valideynlərinin bildirdiyinə görə, ağır işgəncələrə məruz qaldığı deyilən əsgər hazırda Hərbi Hospitala yerləşdirilib: ?Amma həmin Hərbi Hissədə monitorinq keçirsək, rəhbərlik bu faktları ört-basdır etməyə çalışacaq. Ona görə də Müdafiə Nazirliyinə və Respublika Hərbi Prokurorluğuna müraciət edəcəm ki, məsələni araşdırsınlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA