Azərbaycan prezidenti ilham Əliyev sülh danızıqlarının bəzi detallarını açıqlayıb

img

05-07-2009 [05:47]


Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın ?Vesti? kanalına müsahibəsində Dağlıq Qarabağ problemi ilə bağlı aparılan danışıqların bəzi detallarını açıqlayıb: ?Sülh sazişi imzalandıqdan sonra 1-ci mərhələdə 5 rayondan, saziş imzalandıqdan 5 il sonra isə Kəlbəcər və Laçından erməni qoşunlarının çıxarılması təklif edilir. Qənaətimizcə, bu kompromis müddətdir?. Prezident qeyd edib ki, Dağlıq Qarabağda yaşayan ermənilərin də narahatlığını anladığını vurğulayıb: ?Hazırda Dağlıq Qarabağda yaşayanların narahatlığını başa düşürük. Onlar anlayırlar ki, Qarabağ coğrafi baxımdan Ermənistandan yenidən ayrıla bilər. Çünki Dağlıq Qarabağın Ermənistanla heç vaxt əlaqəsi olmayıb. Ona görə də biz konstruktivlik göstərməyə və məsələyə beynəlxalq normalara uyğun baxmağa hazırıq. Azərbaycan prezidenti Dağlıq Qarabağın statusunun isə gələcəyin məsələsi olduğunu bildirib: ?Bu gün müzakirə və qəbul etdiyimiz təkliflər arasında statunun müəyyən edilməsi yoxdur. Əlbəttə ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqil ölkə kimi fəaliyyətinə razı olmayacaq. Hesab edirik ki, Ermənistan tərəfi bunu başa düşür. Biz bu gün münaqişənin nəticəsini aradan qaldırmalıyıq və işğala son qoymalıyıq. Oradakı bütün millətlərin təhlükəsizliyi təmin edilməli, bundan sonra bütün kommunikasiyalar açılmalıdır. Bundan sonra barışıq ola bilər, çünki hər zaman müharibə şəraitində yaşamaq olmaz. Hər iki xalq həm Ermənistanda, həm də Azərbaycanda yaşayıblar və ciddi problemlər olmayıb. Biz müharibə istəmirik, baxmayaraq ki, hərbi potensialımızı artırırıq. Bu, 15 ildir münaqişənin həll edilməməsinə görədir. Başa düşürük ki, Dağlıq Qarabağın hansısa statusu olmalıdır və bunu yalnız Azərbaycanın tərkibində görürük?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA