iyulun 5-lə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib

img

05-07-2009 [03:28]


İyulun 5-i Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2009/2010-cu tədris ili üçün Azərbaycan Respublikası ali məktəblərinə və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.Qəbul imtahanı Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində keçirilir. İmtahanın keçirilməsi üçün Bakı şəhərində 49, Sumqayıt şəhərində 6, Naxçıvan şəhərində 3 bina ayrılıb. Qeyd edək ki, III qrup üzrə 35772 abituriyent ərizə təqdim edib. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1994-cü ildəndir. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları iyulun 5-i axşam saatlarında TQDK-nın internet saytında yerləşdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA