Təhsil Nazirliyi qarzısında ?attestat? tələbi ilə aksiya keçirilib

img

04-07-2009 [12:14]


Bu gün saat 10.30 radələrində buraxılış imtahanından "2" aldıqlarına görə attestatdan məhrum olmuş orta məktəb məzunlarının valideynləri Təhsil Nazirliyinin qarşısında aksiya keçirib. Övladlarına qarşı haqsızlıq olduğunu, bəzilərinin isə rüşvətlə attestat aldıqlarını iddia edən valideynlər ya yenidən imtahan keçirilməsini, ya da övladlarına attestat verilməsini tələb ediblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə, valideynlər eyni zamanda buraxılış imtahanının təşkilatçılığının zəifliyindən də şikayətləniblər. Bəziləri isə imtahanda vaxt azlığı səbəbində övladlarının sualları cavablandıra bilməmələrini deyiblər. Rüşvətlə attestat verildiyini nəzərə çatdıran şikayətçilər imtahanın nəticələri elan olunan zaman bir neçə ?2?-si olan şagirdin sonradan hansısa yolla attestat aldığını da vurğulayıblar. Qeyd edək ki, aksiyada 40 nəfərə yaxın valideyn iştirak edib. Polisin müdaxiləsindən sonra aksiyasi başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA