ilham Əliyev Azərbaycan və Ermənistanın bir qrup ziyalısını qəbul edib

img

04-07-2009 [11:40]


Azərbaycan və Ermənistanın Rusiya Federasiyasındakı səfirlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistanın bir qrup ziyalısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olublar. Xatırladaq ki, onlar iyulun 3-də Xankəndidə, Şuşada olub, oradan Ermənistana gedərək, Prezident Serj Sarkisyanla görüşüblər. Həmin gün qrupun üzvləri İrəvandan Bakıya gəliblər. Qrupa Ermənistanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Armen Smbatyan, ?Arovot? qəzetinin baş redaktoru Aram Abramyan, ?Mediamaks? informasiya agentliyinin direktoru Ara Tadevosyan, ?Novoye Vremya? qəzetinin jurnalisti Armen Xanbabyan, Ermənistan Milli Məclisinin deputatları Ermine Naqdalyan, Mxitar Mnasakanyan, futbolçu Eduard Markarov, S.Paradcanov muzeyinin direktoru Zaven Sarqsyan, İctimai Təşkilatın direktoru Şuşan Katlamadcan, Dağlıq Qarabağdan tibb işçisi Lyudmila Qriqaryan, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbül oğlu, Azərbaycan Milli Məclisinin deputatları Asim Mollazadə, Rövşən Rzayev, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi, Şuşa İcra Hakimiyyəti mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov, ?Qarabağ? qəzetinin baş redaktoru Çingiz İsmayılov daxildirlər. Görüşdə Azərbaycan prezidenti Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı Azərbaycanın mövqeyini bildirərək vurğulamışdır ki, münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində, həmçinin Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verilməklə həll edilə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA