Siyavuz Novruzov da hərbi çağırıza rəhbərlik edəcək

img

03-07-2009 [08:06]


Xəbər verildiyi kimi, "Azərbaycan Respublikası vətəndaşlarının 2009-cu ilin iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi tədbirləri haqqında" prezident İlham Əliyev yeni fərman verib. Fərmanın icrası ilə bağlı 22 iyunda Nazirlər Kabineti yeni qərar verməklə yanaşı, Respublika Çağırış Komissiyasının tərkibini təsdiqləyib. Tərkibdə diqqətçəkən məqamlardan biri respublikanın hərbi komissarı Əliağa Hüseynovun yenidən komissiyanın sədri təyin edilməsidirsə, digəri YAP funksioneri, deputat Siyavuş Novruzovun adının komissiyanın tərkibində yer almasıdır. Adıçəkilənlərdən əlavə, komissiyanın tərkibində Dövlət Sərhəd Xidməti rəisinin müavini M.Abbasquliyev, daxili işlər nazirinin müavini O.Zalov, səhiyyə nazirinin müavini A.Vəlibəyov, ədliyyə nazirinin müavini T.Musayev, AHİK sədrinin müavini A.Dadaşovun da adları var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA