Tağı Əhmədov: ?Metroda ticarət var, olub, olacaq da?

img

03-07-2009 [04:08]


Bakı Metropoliteni üçün bu il daha 15 vaqon alınacaq. Metropoliten rəisi Tağı Əhmədovun bildirdiyinə görə, vaqonların 10-u iyul ayıenda. Qalan 5-i isə noyabrda alınacaq. Qeyd edək ki,hazırda metropolitenin vaqon tələbatı 225-dir: ?Ancaq hazırda bizdə 259 vaqon var ki. Onların bir hissəsi çıxdaş ediləcək. Biz 2002-2007-ci illərdə hər il 25 vaqon almışıq. 2007-ci ildə bu göstərici 36, ötən il isə 25 olub?. O, inşa ollunan yeni xətlərlə də ğbağlı məlumat verib. Bildirib ki, yeni xətlər 7-8 vaqonluq, 6 metr hünjürlükdə olacaq. Qeyd edək ki, hazrda bir qatar heyətinə 5 vaqon daxildir. Tunelin hündürlüyü isə 5.5 metrdir. T.Əhmədov metro giriş-çıxışlarında ticarət obyektlərinin fəaliyət göstərməsinə də münasibət bildirib: ?Bu dünya təcrübəsində də belədir. Bizdə də metroda ticarət olub, var və olacaq. Çünki gedişhaqlarının aşağı olması daxili imkanlar hesabına nə isə etməyə imkan vermir. Məlumat üçün bildirim ki, həmin ticarət obyektlərindən metropolitenin büdcəsinə hər ay 60 min manat vəsait daxil olur. Amma bunun müqabilində hər ay 500 min manat işıqpulu veririk. Bəs bunu necə ödəyək?. T.Əhmədov yaxın aylarda metronun iş rejiminə yenidən baxılmasını və iş saatının azaldılmasını da istisna etməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA