Fövqəladə Hallar Nazirliyinə 32 yeni izçi qəbul edilib

img

03-07-2009 [04:04]


Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinə yeni işçilər qəbul edilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən müstəqil İnformasiya Agentliinə bildirilib ki, işə qəbul olunmuş xilasedicilər üçün FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində imtahan təşkil olunub. İmtahan iştirakçıları fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı xilasedicilərin görməli olduqları işlərə dair test suallarını cavablandırıblar. İmtahandan uğurla keçən 17 nəfər FHN -nin Şimal-Qərb Regional Mərkəzinə, 9 nəfər Xüsusi Riskli Xilasetmə Xidmətinə, 6 nəfər Cənub Regional Mərkəzinə isə götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA