Sumqayıtda 2 min zagird üçün yay düzərgələri təzkil olunub

img

03-07-2009 [04:00]


Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev şəhərin orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili məqsədilə sərəncam imzalayıb. Sərəncama əsasən, iyulun 1-dən şəhərin bütün ümumtəhsil məktəbində hər təhsil ocağından 50 şagird və 3 müəllim olmaqla yay düşərgələri təşkil edilib. Düşərgələrin təşkili ilə bağlı işlər şəhər Təhsil Şöbəsinə, Gənclər və İdman Baş İdarəsinə, Gigiyena və Epidemiologiya Mərkəzinə həvalə edilib. Sumqayıt Şəhər İcra Hakimiyyətindən Müstəiql İnformasiya Agentliyinə vekrilən məlumata görə, yay düşərgələri iyulun 25-nə qədər davam edəcək. Yay düşərgələrinə Şəhər İcra Hakimiyyətinin ayırdığı maliyyə vəsaiti hesabına ümumilikdə 150 müəllimin rəhbərliyi altında 2 mindən çox şagird cəlb olunub. Onlar günün bir hissəsində bu düşərgələrə cəlb edilir, 1 dəfə yüngül yeməklə təmin olunur. İşin məqsədyönlü təşkili üçün şagirdlərin iştirakı ilə nümunəvi iş rejimi, oyunlar, tədbirlər təşkil olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA