176 nəfərin iztirakı ilə qanvermə aksiyaları keçirilib

img

03-07-2009 [03:58]


Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilib. Nazirliyin mətbuat katibi Anar Qədirli Müstəqil İnformasiya Agentliyinə bildirib ki, Dəvəçi və Abşeron Mərkəzi Rayon Xəstəxanalarında təşkil olunan könüllü qanvermə aksiyalarında ümumilikdə 176 nəfər iştirak edib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Nazirlik digər rayonlarda belə aksiyalar keçirməyi planlaşdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA