Qadınlar üçün seminar keçiriləcək

img

03-07-2009 [03:39]


Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti sabah Balakən rayonunda seminar keçirəcək.Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən cəmiyyətin sədri Novella Cəfəroğlu məlumat verib. Onun sözlərinə görə, seminarlar İngiltərə Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində təşkil olunur: ?Layihədə əsas məqsəd qadınların bələdiyyə seçkilərində iştirakını təmin etməkdir. Seminarlarda qadınların bələdiyyə seçkilərində aktiv iştirakı və öz namizədliklərini irəli sürmələri təbliğ olunacaq. Qeyd edək ki, artıq Bakı və Şamaxıda bu cür seminarlar keçirilib. Balakən rayonundan sonra digər bölgələrdə də seminarların keçirilməsi nəzərdə tutulur?. N.Cəfəroğlu həmçinin sentyabrda yaradılması nəzərdə tutulan ?Qadın Parlamenti? ilə bağlı da məlumat verərək bildirib ki, hələki layihə üzərində işlər gedir: ?Bu yaxınlarda Brüsseldə - Avropa Şurasında görüşümüz var. Görüşdə Azərbaycanı mən təmsil edirəm və çıxış zamanı bu məsələyə geniş yer ayırmağı planlaşdırıram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA