Yeni metrostansiyanın istifadəyə veriləcəyi gözlənilir

img

03-07-2009 [01:17]


?Bakı Metropoliteni artıq 17 ildir ki, 5 qəpiklə işləyir, Bu tarif dünyanın heç bir yerində yoxdur. Müqayisə üçün deyə bilərəm ki, Vyanada 1 gedişin qiyməti 1 avro 70 sentə bərabərdir ki, bu da bizdəki qiymətlərdən 38 dəfə artıq deməkdir?. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov səsləndirib. T.Əhmədov bildirib ki, tikinti işləri ilə bağlı ötən il elan olunan tenderdə Fransanın ?Sistro? şirkəti qalib gəlib və onların 46 stansiyanın tikintisini həyata keçirməsi planlaşdırılır. Müşviq, Cavadxan və Avtovağzal metrostansiyalarının tikintisi üçün əlavə 31 milyon manat vəsaitin ayrıldığını deyən metropoliten rəisinin sözlərinə görə, 2011-ci ilə kimi bu stansiyaların ən azı ikisi istismara veriləcək. Ancaq buna kimi-yəni 2009-cu ilin dekabrınadək hazırda tikintisi yekunlaşmaqda olan ?Azadlıq? metrostansiyasının istifadəyə verilməsi nəzərdə tutulub. Qeyd edək ki, memarı Elbəy Qasımzadə olan stansiyada ölkəmizin tarixini əks etdirən 22 abidənin təsviri əks olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA