Müəllimlərin izə qəbulu ilə bağlı yeni qaydalar tətbiq olunacaq

img

03-07-2009 [01:08]


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Strateji Təhlil, Planlaşdırma və Kadrların İdarəolunması sektorunun müdiri Bəhmən Nəbiyev Müstəqil İnformasiya Agentliyinə deyib ki, müəllimlərin işə qəbul qaydaları getdikcə daha da təkmilləşir: ?Mövcud vəziyyətdə müəllimlərin işə qəbulu zamanı ilk növbədə vakant yerlər müəyyən olunur və bu haqda ?Azərbaycan müəllimi? qəzetində və Təhsil Nazirliyinin saytında elan verilir. Elana müvafiq olaraq məktəblərdə yaradılmış qəbul komissiyaları tərəfindən müraciət edənlərin sənədləri toplanır. Sənədlər komissiya tərəfindən araşdırıldıqdan sonra həmin müəllimlər bir neçə dəfə sınaq dərsi keçirlər. Sınaq dərslərində daha fəal və üstün olanların sənədləri qəbul komissiyası tərəfindən təhsil idarəsinə göndərilir. Təhsil idarəsi də öz növbəsində məsələyə baxır və nazirliyin müvafiq razılığından sonra işə qəbul həyata keçirilir. Nazirin göstərişi ilə bu il yeni qaydalar da tətbiq olunacaq?. B.Nəbiyev həmçinin deyib ki, hələlik yeni qaydaların müəyyənləşməsi üzərində iş gedir ?Artıq tətbiq olunacaq yeni qaydaların müəyyən konturları bəllidir. Yeni tədris ili başlayanadək qaydalar müəyyənləşdiriləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA