Nazirlik ekoloji qanunvericiliyin tələblərinə riayət etməyənləri külli miqdarda cərimələyib

img

03-07-2009 [12:56]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2009-cu ilin 16-22 iyun tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, araşdırmalar zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 14 akt və 6 protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 4 göstəriş verilmişdir. Ümumilikdə 9 iş üzrə 52500 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 2 iş üzrə 550,76 manat məbləğində iddia qaldırılıb. Atmosfer havası üzrə 6 akt tərtib olunmuş, 2 iş üzrə isə 25000 manat məbləğində cərimə tətbiq edilib. Torpaq ehtiyatları üzrə 1 iş üzrə 700 manat məbləğində cərimə tətbiq edilib. Yerin təki üzrə 4 akt və 3 protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 4 göstəriş verilib. 2 iş üzrə 5800 manat məbləğində cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 1 iş üzrə 385 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 4 akt və 3 protokol tərtib olunub. 4 iş üzrə 21000 manat məbləğində cərimə tətbiq edilib. Floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 1 iş üzrə 165,76 manat məbləğində iddia qaldırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA