Keçmiz baz prokuror Eldar Həsənovun Bakıya gəlizi hakimiyyətdəki rəqiblərini qorxuya salıb

img

02-07-2009 [09:20]


Bu gün prezident İlham Əliyev Rumıniyanın iqtisadiyyat naziri, Azərbaycan-Rumıniya hökumətlərarası komissiyanın həmsədri Adriyan Vidyanunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanın Rumıniyadakı səfiri, keçmiş baş prokuror Eldar Həsənov da bu görüşdə iştirak edib. E.Həsənovun Azəyrbaycana gəlməsi və prezidentin də qatıldığı tədbirdə görünməsi bir sıra məqamların ortaya çıxmasına səbəb olub. Müstəqil İnformasiya Agentliyinə məlumat verən iqtidar nümayəndəsinin sözlərinə görə, E.Həsənovun Azərbaycana gəlişi və rəsmi tədbirlərdə iştirakı onun hakimiyyətlə münasibətlərinin yaxınlaşmasından xəbər verir. Məlumatlı şəxsin verdiyi informasiyaya görə, E.Həsənovun görüşlərdə yalnız Rumıniya-Azərbayjan münasibətləri haqda deyil, karyerası ilə bağlı da danışıqlar aparır. Azırda onun səfir kimi geri çağırılaraq, yeni vəzifəyə təyin olunması ilə bağlı hakimiyyətin yuxarı eşelonunda jiddi müzakirələrin aparıldığı bildirilir. Qeyd edək ki, bir müddət öncə də E.Həsənovun Bakıya çağırılacağı və hüquq-mühafizə orqanlarında məsul vəzifəyə təyin olunacağı ilə bağlı məlumatlar gündəmə gəlmişdi. Hazırda onun prezidentin qatıldığı tədbirlərdə iştirak etməsi və bir sıra hakimiyyət mənsubları ilə karyerası barədə müzakirələr aparması deyilənlərin həqiqət olduğunu düşünməyə əsas verir. Sonda onu da nəzərə çatdıraq ki, mövcud qaydalara görə, bir şəxsin hansısa bir dövlətdə səfir kimi müddəti beş il müəyyənləşdirilib. Eldar Həsənov isə Rumıniyada bu beş illik müddəti çoxdan doldurub. Yəni onun başqa işə keçirilməsi realdır. Keçmiş baş prokurorun rəqibləri isə onun Bakıya vəzifəyə gətirilməsinin qarşısını almaq üçün başqa ölkəyə səfir göndərilməsi istiqamətində səy göstərirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA