Ramil Usubov olimpiya çempionu Elnur Məmmədliyə leytenant rütbəsi verərək, DiN-ə izə götürüb

img

02-07-2009 [07:03]


Daxili işlər naziri Ramil Usubov nazirliyə dəvət olunmuş, xidməti vəzifələrin icrasında xüsusilə fərqlənmiş 11 əməkdaşa Polisi günü münasibətilə mükafat qaydasında xüsusi rütbələrin verildiyini diqqətə çatdırıb, sonra isə xüsusi rütbələrin paqonlarını həmin şəxslərə təqdim edib. Qeyd edək ki, peşə bayramı ilə əlaqədar ümumilikdə daxili işlər orqanlarının 586 əməkdaşı , o cümlədən onlardan 36-ı mükafat qaydasında xüsusi rütbə, 64-ü "Əla xidmətlərinə görə" döş nişanı, 63-ü DİN-in "Fəxri fərmanı" ilə mükafatlandırılıb, 92 nəfər pul mükafatı və 117 nəfər isə "təşəkkür" alıb. Sonra R.Usubov Pekin olimpiadasının qalibi Elnur Məmmədliyə "polis leytenantı" xüsusi rütbəsini və zabit paqonlarını təqdim edərək Olimpiya çempionunun daxili işlər orqanlarında xidmətə qəbul olunmasının qürurverici fakt olduğunu, onun idmanda olduğu kimi, cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində də uğurlara imza atacağına inadığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA