Hərbi xidmətə çağırılanların valideynləri üçün ?qaynar xətt? açıqdır

img

02-07-2009 [03:36]


?Azərbaycan Respulikası Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların valideynləri övladlarının hansı hərbi hissə də xidmət edəcəyini əvvəlcədən öyrənmək üçün Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsinin nəzdində fəaliyyət göstərən ?qaynar xətt?ə zəng edib məlumat əldə ediblər?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev deyib. T.Abdullayev həm də bildirib ki, valideynlər müvafiq Hərbi Komissarlıq vasitəsi ilə yaxınlarının hansı hərbi hissədə xidmət edəcəyini də ?qaynar xətt? vasitəsi ilə (tel: 438-61-10; 439-23-55; 439-90-28; 439-55-14) öyrənə bilərlər: ?Bu barədə bütün hərbi komissarlıqlara Müdafiə Nazirliyi tərəfindən lazımi göstərişlər verilib. Siyahı artıq hərbi komissarlıqlara göndərilib, ?qaynar xətt? iyun ayının 25-dən fəaliyyətə başlayıb. ?Qaynar xətt? fəaliyyətə başlayan gündən bu günə kimi 4617 nəfər zəng edərək, öz övladlarının hansı hərbi hissədə qulluq edəcəyini öyrəniblər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA