Akif Nağı: ?Polad Bülbüloğlu Azərbaycanın yox, Rusiyanın maraqlarından çıxız edir?

img

02-07-2009 [03:09]


Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri - Polad Bülbüloğlu və Armen Sumbatyan bu yaxınlarda Dağlıq Qarabağa sülhməramlı səfərlərini təkrarlaya bilərlər. Bu barədə ANS-ə açıqlama verən P.Bülbüloğlu deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səfirlərin birgə fəaliyyəti mühüm rol oynaya bilər. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Qarabağ Azadlıq Təşkilatnın (QAT) sədri Akif Nağı isə P.Bülbüloğlunun məsələyə yanaşmasının yanlış olduğuğunu deyib. Onun sözlərinə görə, ötən il Xalq Diplomatiyası prosesində iştirak edən ziyalılar da P.Bülbüloğlunun bu təşəbbüsünə qarşı çıxıblar: ?Kamal Abdulla, Fərhad Bədəlbəyli, Nizami Cəfərov mətbuata açışlamalarında bildiriblər ki, artıq Dağlıq Qarabağa səfərlərə heç bir ehtiyac yoxdur. Polad Bülbüloğlunun bu məsələdə təkid etməsi isə şübhəli məqamdır. Mən deyərdim ki, Polad Bülbüloğlu Azərbaycanın yox, Rusiyanın maraqlarından çıxış edir. Ona görə də istəyərdim ki, o, bu səhvini başa düşsün və bu mövqeyindən çəkilsin?. A.Nağı onu da bildirib ki, əgər P.Bülbüloğlu mövqeyindən geri çəkilməsə, bu istiqamətdə cəhdlər göstərsə, QAT-ın çox ciddi təpkilərinə və ictimai qınağa məruz qalacaq. QAT sədrinin sözlərinə görə, P.Bülbüloğlu əvvəlcə ziyalılarla bu səfəri reallaşdırmaq istəyirdi, amma onlardan müsbət cavab almadığı üçün səfirlərlə getmək istəyir. A.Nağı güman edir ki, Rusiyadakı səfirimiz bu yolla xüsusi xidmət orqanlarının maraqlarını reallaşdırmağa çalışır: ?Çünki bu cür səfərlərin təşkilində Azərbaycan maraqlı deyil. Azərbaycan tərəfi bu günə kimi kifayət qədər tolerant mövqedən çıxış edib, amma Ermənistan öz yanlış mövqeyindən geri çəkilmək istəməyib. Əgər Ermənistan mövqeyindən çəkinmirsə, bu cür səfərlərə heç bir ehtiyac yoxdur. İşğal faktı aradan qalxandan sonra bu prosesə başlamaq olar. Əgər bu fakt varsa və belə bir şəraitdə bu tipli səfərlər təşkil edilirsə, bu, xalqımızın maraqlarının tapdanması deməkdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA