Azərbaycan hərbçiləri NATO-nun tədbirlərində iztirak edəcəklər

img

02-07-2009 [01:57]


NATO-nun ?Sülh naminə tərəfdaşlıq? Proqramı çərçivəsində iyulun 6-dan 10-dək Bakıda Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində 2-ci səviyyəli özünüqiymətləndirmə təlimi üzrə əlaqələndirmə görüşü keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, bundan başqa, iyulun 15-də Brüsseldə Fərdi Tərəfdaşlığın Əməliyyat Planı çərçivəsində Şimali Atlantika Şurasının 28+1 formatında görüşü, Almaniyanın Bremenhaven və Vilhelmşaven şəhərlərində hərbi dəniz qüvvələrində informasiya toplantısı, iyulun 20-dən 30-dək Almaniyanın Hohenfels şəhərində ?İmmediate Response-09? təlimi, iyulun 8-dən 11-dək Rusiyanın Nijni Tagil şəhərində müdafiə sərgisi baş tutacaq. NATO ilə Azərbaycan arasında imzalanmış fərdi əməkdaşlıq proqramına uyğun olaraq, həmin tədbirlərdə silahlı qüvvələrimizin nümayəndələri də iştirak edəcəklər. Azərbaycanla Pakistan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, iyulun 6-dan 2010-cu il fevralın 7-dək Çerat şəhərində təkmilləşdirilmiş komanda kursu, iyulun 6-dan dekabrın 26-dək Risalpur şəhərində gənc mühəndis zabitləri kursu, iyulun 6-dan avqustun 29-dək Kvetta şəhərində quru qoşunları zabitləri kursu keçiriləcək. Əməkdaşlıq planına uyğun olaraq, avqustun 31-dən noyabrın 28-dək ümumqoşun taktikası kursu, iyulun 6-dan avqustun 1-dək Pişəvər şəhərində təməl hava-desant kursu, iyulun 25-dən 28-dək isə İslamabad şəhərində Azərbaycan Müdafiə Nazirliyinin ekspert qrupunun Pakistanın hərbi təhsil müəssisələrinə tanışlıq səfəri təşkil olunacaq. Bütün tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA