Yolların təhlükəsizlik zolağındakı tikililər söküləcək

img

02-07-2009 [12:09]


Nəqliyyat Nazirliyində kollegiya iclası keçirilib. Nazir Ziya Məmmədovun sədrlik etdiyi iclasda avtomobil yollarının, tunellərin və keçidlərin yenidən qurulması, tikintisi və saxlanması istiqamətində görülmüş işlər və görüləcək işlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı məsələlər müzakirə olunub. Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, toplantıda magistral yollarda, eləcə də Bakı şəhərinin küçə və prospektlərində aparılan tikinti işlərində yol verilən müəyyən qüsurlardan da danışılıb. Qeyd edilib ki, aparılan tikinti işləri ilə yanaşı yolların qorunub saxlanması da vacib şərtdir. Nazir Z.Məmmədov nazirliyin şöbələrinə və müvafiq bölmələrin rəhbərlərinə avtomobil yollarında aparılan işlərin icra müddəti və keyfiyyəti ilə bağlı göstəriş və tapşırıqlar verib. Nəqliyyat Nazirliyindən MİA-ya verilən məlumatda bildirilb ki, kollegiya iclasında avtomobil yollarının təhlükəsizlik zolağına düşən tikililərin köçürülməsi məsələsi ilə də bağlı ciddi müzakirələr aparılıb. Nazir Ziya Məmmədovın tapşırığına əsasən, avtomobil yolların təhlükəsizlik zolağında yerləşən bütün tikililərin sayı dəqiqləşdirilməli və onların sökülməsinə başlanılmalıdır. Nəqliyyat Nazirliyindən belə tikililərin yüzlərlə olduğun bildirilib. Qeyd edək ki, nazirlik bundan əvvəl də yolların kənarlarındakı tikililərin sökülməsi istiqamətində tədbirlər görüb. Amma bəzi yerlərdə söküntü işlərindən sonra, ayrı-ayrı məmurların himayəsi altında yeni iaşə obyektləri tikilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA