Həkmlərin attestasiyası ilə bağlı yeni qaydalar hazırlanıb

img

02-07-2009 [12:00]


Səhiyyə Nazirliyi qabaqcıl ölkələrin təcrübəsindən yararlanmaq məqsədi ilə hər il 50- dək həkimin Almaniya, İsrail və digər ölkələrin ən tanınmış universitetlərinin klinikalarına göndərməyi nəzərdə tutur. Nazirliyin kadrlar, elm və təhsil şöbəsindən Müstəqil İnformasiya Agentliinə bildirilib ki, xaricə göndəriləcək həkimlər 1 aylıq kurslar deyil, 1-2 illik təcrübə keçəcəklər. Məqsəd ölkədəki bacarıqlı həkimlərin sayının artmasına nail olmaqdır. Səhiyyə Nazirliyi həkimlərin yenidən hazırlanması, attestasiyası məsələləri ilə bağlı da yeni qadalar hazırlayıb. Yeni qaydalara görə, hər 5 ildən bir həkimlər test imtahanı verməli və yenidən praktiki fəaliyyətlə məşğul olmaq hüququ qazanmalıdırlar. Attestasiya ilə bağlı lazım olan sənədlər artıq müvafiq qurumlarla məsləhətləşdirilib, razılaşdırılıb və Baş nazirin imzası ilə təsdiq oluünması üçün ölkə başçısına təqdim olunub. Həkimlərin attestasiyası ilə bağlı yeni qaydaların yaxın günlərdə təsdiq olunacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA