Dalğa Gənclər Hərəkatının sədri Vəfa Cəfərova ona qarzı irəli sürülən ittihamlardan sonra istefa verdi

img

01-07-2009 [08:26]


Vəfa Cəfərova Dalğa Gənclər Hərəkatının sədri postundan istefa verib. Qaynar.info-nun verdiyi xəbərə görə, səlahiyyət müddəti sentyabrda başa çatan təşkilatın sədri V.Cəfərova yorğunluq hiss etdiyini və bu səbəbdən vaxtından əvvəl istefa vermək haqqında qərar qəbul etdiyini açıqlayıb. Qeyd edək ki, Dalğa-nın sədrliyinə seçkilər ildə bir dəfə, ümumi yığıncaqda keçirilir. Son iki ildə təşkilata V.Cəfərova başçılıq edib. Amma son vaxtlar Vəfa Cəfərovaya qarşı müxtəlif ittihamlar irəli sürülürdü. Dalğa Gənclər Hərəkatının deputat Asim Mollazadənin nəzarətində olduğu bildirilirdi. Hətta adyazar.az saytında V.Cəfərovanı xarici dövlətlərin Xüsusi Xidmət Orqanları ilə əlaqədə suçlayırdılar. V.Cəfərova isə xaricdə keçirdiyi görüşləri ictimayyətə açıqlamamaq barədə öhdəlik götürdüyünü bildirməklə ətrafındakı müəmmanı böyütmüşdü. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən V.Cəfərova isə heç bir xüsusi xidmət orqanı ilə bağlılığının olmadığını bildirib. O, həmçinin qeyd edib ki, xaricdə keçirdiyi görüşlərin məzmunu barədə ictimaiyyətə məlumat verməməsi də normaldır. Çnüki görüş keçirərkən müzakirə olunan məsələlər barədə ictimaiyyətə məlumat verilməməsi barədə razılıq olub. Dalğa Gənclər Hərəkatının sədriliyindən getməsinə gəlincə, V.Cəfərova ?Mən iki il rəhbərliyim dövründə əlimdən gələni etmişəm. Hesab edirəm ki, artıq gənclərə yer verməyin zamanıdır. Bu səbəbdən də istefa vermişəm. Tənqidlərə gəlincə, əslində səslənən fikirlər tənqid yox, təhqir olub. Amma istefa verməyimin bununla heç bir əlaqəsi yoxdur?- söüləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA