Ağciyər Xəstəlikləri institutunun direktoru izdən çıxarılıb

img

01-07-2009 [06:41]


Bakı şəhərində yerləşən Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Faiq Ağayev tutduğu vəzifədən azad edilib. Məlumatı Müstəqil İnformasiya Agentliyinə adı çəkilən səhiyyə müəssisəsinin həkimləri veriblər. Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsindən MİA-ya verilən açıqlamada faktı təsdiqləyiblər. Lakin nazirlikdən bildirilib ki, F.Ağayev vəzifəsini könüllü tərk edib. Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Səhiyyə Nazirliyinin bir neçə gün öncə keçirilən kollegiya iclasında tutduğu vəzifədən azad edilməsini xahiş edib. Kollegiyada təşkilati məsələlərə baxılarkən Faiq Ağayevin xahişi nəzərə alınıb. Səhiyyə Nazirliyindən bildirilib ki, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru vəzifəsinə respublikanın baş ftiziatrı Elcan Məmmədbəyov təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA