Bu gün hərbi xidmətə çağırız bazlayıb

img

01-07-2009 [06:37]


Bu gündən çağırış yaşlı vətəndaşların həqiqi hərbi xidmətə çağırılması barədə ölkə başçısının müvafiq fərmanının icrasına başlanılıb. Proses iyulun 30-dək davam edəcək. Fərmaena əsasən, göstərilən dövrdə müddətli həqiqi hərbi xidmət qulluqçuları da ehtiyata buraxılacaqlar. Qeyd edək ki, ölkə vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasına respublikasının hərbi komissarı Əliağa Hüseynov rəhbərlik edir. Hərbi çağırışa cəlb olunan vətəndaşların valideynləri və yaxınları Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinin nəzdində yaradılan də yaradılan ?qaynar xətt?lə əlaqə saxlayıb övladlarının hansı hərbi hissədə xidmət edəcəyini əvvəlcədən öyrənə bilər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumatda ?qaynar xətt? telefonlarının 438-61-10, 439-23-55, 439-90-28, 439-55-14 olduğu xatırladılıb. Çağırışçıların yaxınlarının şikayət və müraciətlərini araşdırmaq üçün isə Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər İdarəsi yanında işçi qrup fəaliyyət göstərir. İşçi qrupla 439-23-76, 438-61-31, 438-61-74 nömrələrinə zəng vurmaqla əlaqə saxlamaq olar. Müdafiə Nazirliyindən onu da deyiblər ki, vətəndaşlar müvafiq hərbi komissarlıqlar vasitəsi ilə də yaxınlarının hansı hərbi hissədə xidmət edəcəyini öyrənə bilərlər. Bu barədə bütün hərbi komissarlıqlara Müdafiə Nazirliyi tərəfindən lazımi göstərişlər verilib və siyahılar artıq hərbi komissarlıqlara göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA