XiN ?donuz qripi? ilə bağlı növbəti xəbərdarlıq yaydı

img

01-07-2009 [06:35]


Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Respublikası vətəndaşlarına üçüncü dəfə səhayət xəbərdarlığı ünvanlayıb. XİN vətəndaşları Meksikadakı epidemiya (A(H1N1) donuz qripi) təhlükəsindən xəbərdar edərək son zərurət olmadıqda bu ölkəyə planlaşdırılan səfərlərini təxirə salmağa çağırıb. Meksikada daimi və müvəqqəti yaşayan, orada olan azərbaycanlılara isə öz təhlükəsizliklərinin təmin olunması üçün lazımi tədbirlər görmələri tövsiyə olunub. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə A(H1N1) virusundan ölənlərin sayı 311, bu xəstəliyə yoluxanların sayı isə 70893 nəfərdir. Vətəndaşlara bəyan edilib ki, təcili ehtiyac olmadığı təqdirdə Meksikadakı xəstəxanalardan istifadə etməməli, mümkün qədər ailə həkimlərinə müraciət etməlidirlər. Bundan başqa insanların kütləvi toplandığı yerlərdən (tamaşa zalları, ictimai yığıncaqlar və s.) uzaq durulmalı, təmizlik, gigiyena qaydalarına əməl edilməli, xəstəliyə həssas şəxslərlə (xüsusilə uşaqlar, yaşlılar) kontakt zamanı ehtiyatlı olmalı, qrip əlamətləri hiss edildikdə təcili həkimə müraciət olunmalıdır. Meksikada daimi və müvəqqəti yaşayan, olan Azərbaycan Respublikasının vətəndaşlarına yoluxma halları baş verdikdə, onlara daha asan yardım göstərilməsi üçün Azərbaycan Respublikasının Meksikadakı, ABŞ-dakı Səfirlikləri və Los-Anceles şəhərindəki Baş Konsulluğu ilə əlaqə saxlamaları və konsulluq qeydiyyatına durmaları tövsiyə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA