Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

img

01-07-2009 [06:22]


Milli Məclisin Elm və təhsil komitəsi payız sessiyası üçün elm və təhsil sahəsini əhatə edən dörd yeni qanun layihəsi hazırlayır. Müstəqil İnformasiya Aəentliyinin xəbərinə görə, bu barədə komitənin bu gün keçirilmiş iclasında məlumat verilib. Komitənin sədri Şəmsəddin Hacıyev deyib ki, ?Təhsil haqqında? qanunun qəbulu bu sahə ilə bağlı digər qanunların və normativ hüquqi sənədlərin hazırlanması üçün geniş imkan yaradıb. Komitə əlaqədar təşkilatlarla birlikdə ?Ali təhsil haqqında?, ?Ümumi orta təhsil haqqında? və ?Yaşlıların təhsili haqqında? yeni qanun layihələrini hazırlayaraq payız sessiyasında parlamentin müzakirəsinə çıxarmağı planlaşdırır. Artıq ?Ali təhsil haqqında? qanun layihəsini hazırlayacaq işçi qrupu yaradılıb. Payız sessiyasında həm də ?Elm və dövlət elmi-texniki siyasəti haqqında? yeni qanun layihəsi də Milli Məclisə təqdim olunacaq. Komitə üzvləri çıxış edərək uzun müzakirədən sonra qəbul olunan ?Təhsil haqqında? yeni qanunun qəbulunun ölkənin prioritet sahələrindən sayılan təhsilin keyfiyyətcə inkişafına, bu sahədə dövlət proqramlarının icrasının sürətlənməsinə yaxşı zəmin yaradacağını bildiriblər. Dövlət başçısının həyata keçirdiyi siyasətdə təhsil sahəsinin prioritet təşkil etdiyi, 2009-cu ilin dövlət büdcəsində elm və təhsilə 1 milyard 300 milyon dollardan artıq vəsaitin nəzərdə tutulduğu xüsusi vurğulanıb. Qeyd olunub ki, İSESKO-nun Təhsil Komitəsi və Dünya Bankı bu Qanunun qəbulunu yüksək qiymətləndirib və müsbət rəy veriblər. Deputatlar bu sənədin model qanun kimi bəzi beynəlxalq qurumlara təqdim olunmasını məqasədəuyğun sayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA