iki-üç gün ərzində havalar sərin keçəcək

img

01-07-2009 [06:18]


?İyunun 1-dən 4-nə qədər hava şəraitinin qeyri-sabit kecəcəyi, əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometroloji Proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev yaxın günlərdə hava şərəiti ilə bağlı proqnoz verərkən deyib. Onun sözlərinə görə, arada küləyin surəti güclənəcək: ?Temperaturlara gəldikdə isə 5-8 dərəcə aşağı düşəcək, şimal küləyi əsəcək. Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arada tutulacağı, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Ayın 3-də də hava dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləkləri,gündüz şimal-şərq küləkləri ilə əvəz olunacaq. Tempratorların gündüz saatlarında 26-28 dərəcə isti olacaq. İyunun 4-də isə hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz, mülayim cənub-şərq küləyi ilə müşahidə olunacaq. Tempraturların cənub-şərq küləyinin əsməsi ilə əlaqədar bir qədər yüksələrək, ötən günlərlə müqayisədə 29-32 dərəcə isti təşkil edəcək?. A.Verdiyev bildirib ki, rayonlarda iyulun 2-də əsasən gecə və axşam saatlarında, şimşək çaxacağı, qısa müddətli yağış yağacağı, bəzi yerlərdə leysan olacağı ehtimal olunur: ?Bölgələrdə qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə küləyin surəti güclənəcək. Tempraturların gündüz saatların da 30-35, dağlarda isə 21-26 dərəcə isti gözlənilir. İyulun 3 də bəzi yerlərdə şişək çaxacağı, eyni zamanda yağış yağacağı gecə və axşam leysan xarakterli dolu düşəcək ehtimalı var. İyulun 4 gündüz əsasən yağmursuz, mülayim şərq küləyi əsəcək,tempratur gündüz saatlarında 27-32 dərəcə, dağlarda isə 18-23 dərəcə isti təşkil edəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA