Səhiyyə Nazirliyi bəzi zadlıq evlərində təhlükəli hallar azkarladı

img

01-07-2009 [02:43]


Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi bu gündən kolbasa və ağartı məhsullarının monitorinqinə başlayır. Mərkəzin Qidalanma Gigiyenası Bölməsinin müdiri İmran Abdullayevin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, əvvəl aparılan reydlər zamanı dondurma məhsullarında və bəzi şadlıq evlərində təhlükəli məqamlar aşkarlanıb: ?Artıq tərəfimizdən 41 adda dondurma nümunəsi götürülərək yoxlanılıb. Yoxlamalar nəticəsində 17 nümunədə baktereoloji çirklənmə aşkarlanıb. Təlimata uyğun olaraq, həmin dondurmalar təkrar müayinədən keçirilib. Təkrar müayinələrin nəticələri hazırda araşdırılır. Aşkarlanmış nöqsanların qarşısının alınması istiqamətində Mərkəzin rayon bölmələrinə də tapşırıqlar verilib. Əgər təkrar müayinələr zamanı yenidən bu cür hallar aşkarlanarsa, daha ciddi addımlar atılacaq?. İ.Abdullayev deyib ki, 35 adda sərinləşdirici içkilər, 30 adda pivə və kvas, 44 adda şirələr üzərində aparılan yoxlamalar nəticəsində qeyri-kafi hallar aşkarlanmayıb: ?Şadlıq evlərindən və restoranlardan götürülmüş soyuq qəlyanaltı və yaxma nümunələri üzərində laborator tədqiqatlar aparılıb. Tədqiqatlar nəticəsində 669 yaxma nümunəsindən 11-də bağırsaq çöpləri, 81 soyuq qəlyanaltı nümunəsindən 2-də bakterial çirklənmə aşkarlanıb. Binəqədi rayonundakı ?Röya?, ?Azər?, ?Anar? şadlıq evləri, Sabunçu rayonundakı ?Fərhad?, ?Qismət? şadlıq evlərində də belə hallar aşkar edilib. İ.Abdullayevin sözlərinə görə, iyul ayı ərzində öncə kolbasa, ardınca isə süd məhsulları üzərində tədqiqatlar aparılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA