Ekoloji hüquqpozmalarla bağlı monitorinq baza çatıb

img

01-07-2009 [12:25]


Ölkədə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə keçirilən monitorinqlərin nəticələri bəlli olub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. İ.İbrahimova bildirib ki, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 8 iş üzrə 6700 manat məbləğində cərimə tətbiq edilib: ?Nazirliyin 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə ?Ətraf Mühitin Mühafizəsi Haqqında? Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq reyd və yoxlamalar keçirərək 2009-cu ilin 5 ayı ərzində 21 akt və protokol tərtib edib. Ətraf mühitə dəymiş ziyanla bağlı 6 iş üzrə 5412,2 manat məbləğində iddia qaldırılıb. İdarə və müəssisələrə 72 iş üzrə 5032 manat məbləğində ödəmə verilib. Su mühafizəsi sahəsində idarə və müəssisələrə 10 iş üzrə 892 manat məbləğində ödəmə tətbiq edilib. Atmosfer havasının mühafizəsi sahəsində 4 akt tərtib edilərək 2 icrası məcbur olan göstəriş verilib. Müəssisə və təşkilatlara 32 iş üzrə 1440 manat məbləğində ödəmə tətbiq edilib. Torpağın mühafizəsi sahəsində 1 akt tətrtib olunaraq 1 icrası məcbur olan göstəriş verilib. Yerin təkinin mühafizəsi sahəsində idarə və təşkilatlara 2 iş üzrə 700 manat məbləğində cətimə tətbiq edilib?. İ.İbrahimova həm də deyib ki, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 6 akt və protokol tərtib olunaraq 5 iş üzrə 4200 manat məbləğində cərimə tətbiq olunub. İdarə və müəssisələrə 28 iş üzrə 2000 manat məbləğində ödəmə tətbiq edilib. Floranın mühafizəsi sahəsində 10 akt və protokol tərtib edilmiş, 4 iş üzrə 2500 manat məbləğində cərimə tətbiq edilib. Dəymiş ziyana görə 6 iş üzrə 5412,6 manat məbləğində iddia qaldırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA