Kia Sportage ?ABŞ-nın 2009-cu ildə ideal Nəqliyyat Vasitəsi? mükafatına layiq görüldü

img

01-07-2009 [11:08]


Kia Motors Amerika Şirkətinin verdiyi məlumata görə, bu il AutoPacific-dən ?Nəqliyyat Vasitəsindən Məmnunluq? mükafatı aldıqdan sonra, 2009-cu ilin kompakt SUV avtomobili olan Kia Sportage ?ABŞ-ın 2009-cu ildə İdeal Nəqliyyat Vasitəsi? mükafatına layiq görülüb. AutoPacific-dən ?İdeal Nəqliyyat Vasitəsi? mükafatı avtomobil sahiblərinin öz avtomobillərinə dair ümidlərinin nə dərəcədə doğrulduğunu göstərir. Kia Motors Amerika Şırkətinin Marketinq üzrə Vitse Prezidenti Maykl Spreyq bildirib ki, Sportage-in ?İdeal Nəqliyyat Vasitəsi? mükafatına layiq görülməsi Şirkət üçün böyük fəxrdir. Xatırladaq ki, ?İdeal Nəqliyyat Vasitəsi? mükafatı bu il Sportage-in AutoPacific-dən aldığı ikinci mükafatdır və Sportage sahiblərinin məmnunluq hissinin əsl göstəricisidir. ?2009-cu ilin İdeal Nəqliyyat Vasitəsi? mükafatı 32.000-dən artıq avtomobil sahibləri arasında aparılan sorğuya əsasən 15 fərqləndirici cəhətlərə əsaslanaraq, 90 gün ərzində avtomobil sahiblərinin ümüdlərinin doğruldub-doğrultmadığı barədə istehlakçıların fikirlərini oyrənir. ?İdeal Nəqliyyat Vasitəsi? az miqdarda fərqləndirici cəhətlərə əsaslanan, avtomobil sahiblərinin ümidlərini doğruldan nəqliyyat vasitəsidir. Sportage mümkün olan 1.500 xaldan 1.224 əldə etdi. Qeyd edək ki, öz seqmentində yüksək yerə layiq görülmüş Sportage avtomobili ilə birgə Kia Cerato, Optima, Sorento və Mohave avtomobilləri də öz siniflərində yüksək beşlikdə yer almışlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA