Müsavatçı gənclər Təhsil Nazirliyinin qarzısında mitinq keçirəcək

img

30-06-2009 [05:45]


Bu gün Müsavat Gənclər Təşkilatı Bakı Şəhər İcra Hakimiyyətinə iyulun 6-da Təhsil Nazirliyinin qarşısında ?Şəffaf!?, ?Korrupsiyasız təhsil!? və ?Rüşvət tələsinə son qoyulsun!? şüarları ilə mitinq keçirməklə bağlı müraciət edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Müsavat Gənclər Təşkilatından məlumat verilib. Aksiyanın keçirilməsinə məqsəd Təhsil Nazirliyinin iyunun 16-da qeyri-şəffaf, korrupsiya faktları və pozğunluqla müşayiət olunan, 20 minə yaxın şagirdin gələcəyini sual altında qoyan qeyri-peşəkar keçirilən ?attestat imtahanı?nın nəticələrindən narazı qalan şagird və valideynlərin etiraz aksiyasını qanuni və sivil şəkildə təşkil etməkdir. Müsavatçı gənclər rüşvət sisteminin qurbanı olan şagird və valideynləri bu aksiyada fəal iştirak etməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA