Vətən Müharibəsi əllilərinə ?Tavriya? markalı avtomobillər veriləcək

img

30-06-2009 [05:14]


Böyük Vətən Müharibəsi əllilərinə Ukrayna istehsalı olan ?Tavriya? markalı avtomobillər verilə bilər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlil, Tənha və Ahılların Sosial Xidmətinin Təşkili Şöbəsinin baş məsləhətçisi Rəhim Babayev məlumat verib. Onun sözələrinə görə, bu barədə Nazirlər Kabinetinin qərarı gözlənilir: ?Adətən, bu məqsədlə Rusiya istehsalı olan ?Oka? markalı avtomobillər gətirilirdi. Lakin iqtisadi böhranla əlaqədar olaraq, bu il Rusiya həmin avtomobillərin istehsalını dayandırıb. Hələki bu barədə Nazirlər Kabinetinin müvafiq qərarını gözləyirik. Çox güman ki, Böyük Vətən Müharibəsi əllilərinə Ukrayna istehsalı olan ?Tavriya? markalı akvtomobillər veriləcək. Hazırda məsələylə bağlı danışıqlar aparılır. Yekun qərarı Nazirlər Kabineti verəcək. Qərardan sonra avtomobillərin sayı, nə zaman paylanacağı bəlli olacaq?. R.Babayev həmçinin əllilərin və şəhid ailələrinin ölkədaxili sanatoriya və kurortlara istirahətə göndəriləcəyini də deyib: ?Bizim nazirliyin nəzdində fəaliyyət göstərən Əllillərin Sosial Müdafiəsi Fondu hesabına əllilərin sağlamlığının yaxşılaşdırılması üçün onları kurort və sanotoriyalara istirahətə göndərəcəyik. Nazirliyin tabeliyində Mərdəkanda, Şağanda, Nabranda yerləşən istirahət mərkəzləri, Əllilərin Bərpa mərkəzləri fəaliyyət göstərir. Kurort Səhmdar Cəmiyyətinin xətti ilə aldığımız göndərişlər əllilərə və şəhid ailələrinə veriləcək. İlin dörd fəslində həmin insanlar istirahətə gedə bilərlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA