?Müharibə əlillərinə növbədən kənar xidmət göstərilir?

img

30-06-2009 [04:56]


[b]Qarabağ qaziləri unudulmuş humanitar bir ənənəni bərpa edirlər[/b] ?Qarabağ Qaziləri? İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi ?Əlil və veteranların sosial hüquqlarının vəkilliyi? layihəsini uğurla davam etdirir. Bu barədə ?Qarabağ Qaziləri? İctimai Birliyinin sədri, sözügedən layihənin rəhbəri Etimad Əsədov məlumat verib. Onun sözlərinə görə, artıq layihə çərçivəsində xeyli işlər görülüb: ?Məlum olduğu kimi, birliyimiz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi ?Əlil və veteranların sosial hüquqlarının vəkilliyi? layihəsini həyata keçirir. Layihənin əsas məqsədi müharibə əlilləri və veteranlarının, eləcə də onların ailə üzvlərini rifah halının yüksəldilməsi üçün əlil və veteranların əmək, sosial və digər hüquqlarının öyrənilməsi, yayılması, təbliği istiqamətində iş aparmaqdır. Bildiyiniz kimi, əvvəllər xidmət idarələrində, müəssisələrdə ?Müharibə əlillərinə növbədən kənar xidmət göstərilir? elanları vurulurdu. Bunun da sayəsində Qarabağ əlillərini növbədən kənar xidmət göstərilirdi. Neçə vaxtdır ki, bu elanlar yığışdırılıb. Biz layihə çərçivəsində həmin elanları bərpa edirik. Eyni zamanda imkansız Qarabağ əlillərinin, veteranların və şəhid övladları üçün ingilis dili kursu keçirilir?. E.Əsədov dil kurslarını uğurla başa vuran insanlara sonda sertifikatlar veriləcəyini dedi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA