Azərbaycan 8 ədəd ?Boinq? tipli təyyarə almağı planlazdırır

img

30-06-2009 [04:19]


?Azərbaycan Hava Yolları? Aviaşirkəti 2010-2014-cü illər üçün 8 ədəd ?Boinq? təyyarəsi alacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə şirkətin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli məlumat verib. M.Səfərli həm də deyib ki, yay mövsümü ilə əlaqədar olaraq sərnişinlərin sayında sıxlıq müşahidə olunmaqdadır: ?Amma yay mövsümü ilə əlaqədar aviareyslərdə dəyişiklik edilməyib. Həm də dünyanın hər yerində olduğu kimi bizdə də bilet problemi var. Sərnişinlərin sayında sıxlıq müşahidə olunur. Bu sıxlığı aradan qaldırmaq üçün dünya aviaşirkətləri belə, heç bir tədbirə əl ata bilmir. Amma gələn il qismən də olsa, sıxlığı aradan qaldırmaq üçün şirkət Amerika Birləşmiş Ştatlarından 8 ədəd ?Boinq? tipli təyyarə almağı planlaşdırır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA