Hüseyin Büyükfırat "Zirvədəkilər-2008" mükafatına layiq görülüb

img

30-06-2009 [03:23]


[b]?Büyükfırat? Restoranlar Qrupunun başqanına ödülü Azərbaycanın Türkiyədəki baş konsulu Səyyad Salahlı təqdim edib[/b] Türkiyənin İstanbul şəhərində Beynəlxalq ?First Business? dərgisinin "Zirvədəkilər-2008" mükafatının təqdimat mərasimi keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, təqdimat mərasiminə Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay, Ədalət və İnkişaf Partiyasının Baş Katibi İdris Naim şahin, Qırğızıstan Milli Təhlükəsizlik Dairəsi Başqanı, General Canışbek Bakiyev, Çeçenistan Prezidentinin məsləhətçisi Əmruddin Edilgiriyev, Azərbaycan İctimai Televiziyasının direktoruı İsmayıl Ömərov, Avropa və Balkanlar İş Şurası başqanı Tamər Atalay, iş adamı Əli İhsan Kalkavan, Prof.Dr.Nevzat Yalçıntaş, Prof.Dr.Bingür Sönməz, Prof.Dr. Əhməd Mete Işıkara, Prof.Dr.Ahmet Ercan, Timsal Karabekir, Şahin Özər kimi bir çox ölkədən iş adamları, diplomatlar, ziyalılar və sənətçilər qatılıb. Ötən əsrin 90-cı illərindən bəri Azərbaycanda Anadolu mətbəxini sevdirən və artıq vazkeçilməz markalardan birinə çevrilən ?Büyükfırat? Restoranlar Qrupunun başqanı Hüseyin Büyükfırat həmin mötəbər toplantıda "Zirvədəkilər-2008" mükafatına layiq görülənlər sırasında olub. H.Büyükfırat Azərbaycanda göstərdiyi uğurlu fəaliyyətinə və xeyriyyəçiliyinə görə, ?İlin başarılı təşəbbüskar iş adamı? ödülünə layiq görülüb. Təqdimat mərasimində qeyd olunub ki, Hüseyin Büyükfıratın rəhbərlik etdiyi ?Büyükfırat? Restoranları Azərbaycanda Anadolu mətbəxinin təmsilçisi adını uğurla daşımaqla yanaşı təmizliyi, xidməti və yeməklərinin keyfiyyəti ilə artıq Azərbaycanda marka sayılırlar. Azərbaycan xalqının ən çox müraciət etdiyi türk restoranı statusunu özündə saxlayan ?Büyükfırat? Restoranlar Qrupu keçirdiyi xeyriyyə tədbirləri ilə də örnək təşkil edir. Xatırladaq ki, yazıçı Elçin Əfəndiyev və Azərbaycanın Türkiyədəki baş konsulu Səyyad Salahlı da ?Türk dünyası və türk mədəniyyətinə xidmətlərinə görə? "Zirvədəkilər 2008" ödülünə layiq görülüblər. Hüseyin Büyükfırata ödülü də Azərbaycanın Türkiyədəki baş konsulu Səyyad Salahlı təqdim edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA