Rayonlarda pedaqoji kadrlara ehtiyac böyükdür

img

30-06-2009 [02:26]


?Bu il Azərbaycan Dövlət Pedaqoji Universitetini əyani şöbədə 10 fakultə üzrə 1214, qiyabi şöbə üzrə isə 660 nəfər bitirib?. Bu sözləri Müstəqil İnofrmasiya Agentliyinə Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov deyib. Onun sözlərinə görə, bu ilin əyani şöbəsinin məzunları ?2005-2009-cı illər üçün Azərbaycan Respublikası ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə inkişaf proqramı?na əsasən 50 dən çox rayona öz ixtisasları üzrə işləməyə göndəriliblər: ?Onu da bildirim ki, kənd rayonlarında pedoqoji kadrlara böyük ehtiyac var. Azərbaycan Dövlət Pedaqoji Universitetində Türkiyədən olan tələblərdən 99 nəfəri fizika, riyaziyyat, kimya və biologiya ixtisasları üzrə universiteti bitiriblər. İşləməyə isə öz ölkələrinə göndəriblər. Eyni zamanda 10 istiqamət də 38 ixtisas üzrə 277 nəfər magistraturanı bitirib?. M.İbrahimov bildirib ki, 2005-ci il dekabr ayının 12-də Türkiyənin Yüksək Öyrətim Kurulu, Azərbaycan Dövlət Pedaqoji Universitetinə tələbə göndərilməsini dayandırıb: ?Səbəb kimi ölkədə yaranmış xoşagəlməz hadisələrin olmasını bildirmişdilər. Aparılan sağlam iş nəticəsində 2008-ci ilin avqustunda Türkiyənin Yüksək Öyrətim Kurulu, Azərbaycan Dövlət Pedaqoji Universitetinə yenidən tələbə göndərmək barəsində qərar qəbul edib. Burada türk tələbələri üçün birillik dil hazırlıq kursları təşkil olunur. Kursları bitirən tələbələr növbəti ildə 1 kursda oxuyurlar?. Şöbə müdiri onu da nəzərə çatdırıb ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin ən mühüm yeniliklərindən biri də 2009-cu ilin yanvar ayının 1-də Avropa Pedoqoji Universtitetlər Birliyinə üzv qəbul edilməsidir: ?Bu birlik özündə 18 ölkənin 50 universitetini birləşdirir. Bu qurum çox nüfuzlu olduğundan, biz də universitet olaraq bu quruma üzv olunmuşuq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA