Mülki geyimli hüquq mühafizə orqanlarının əməkdazları QHT rəhbərlərinin aksiyasına müdaxilə edib

img

30-06-2009 [01:02]


?Qeyri-hökumət təşkilatları haqqında? Qanuna əlavə və dəyişikliklər layihəsindən narazı QHT-ləri birləşdirən Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin üzvləri iyunun 30-da Yasamal rayonundakı 20 saylı məktəbin qarşısından Milli Məclisin binasına tərəf keçməyə cəhd göstəriblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, hüquq mühafizə orqanlarının əməkdaşları aksiyaçıların qarşısını parlamentin binasına çatmamış kəsib. Bu səbəbdən də 20 saylı məktəbin qarşısında şüarlar səsləndirilib, plakatlar qaldırılıb. Qeyd edək ki, hüquq mühafizə orqanlarının əməkdaşları mülki geyimdə olublar. Onlar aksiyaya müdaxilə edərək şüarlar və plakatları aksiyaçılardan alınaraq cırılib. Mülki geyimdə olan Yasamal Rayon Polis İdarəsinin rəisi Məhəbbət Hüseynov Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin təmsilçiləri Qubad İbadoğlu, Rövşən Ağayev, İlqar Məmmədov, Arzu Abdullayeva və digər aksiya iştirakçıları ilə danışıb və bildirib ki, meriyanın sanksiyalaşdırmadığı aksiyanın keçirilməsinə imkan verilməyəcək. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin təsisçilərindən olan Qubad İbadoğlu aksiyanı baş tutmuş satib. Onun sözlərinə görə, müdaxiləyə baxmayaraq, qətnaməni Milli Məclisə təqdim ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA