QHT rəhbərləri sabah Milli Məclisin binası qarzısında etiraz aksiyası keçirəcək

img

29-06-2009 [06:42]


?Qeyri-hökumət təşkilatları haqqında? Qanuna əlavə və dəyişikliklər layihəsindən narazı QHT-ləri birləşdirən Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin işçi qrupu bu gün toplantı keçirib. Toplantıda Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının nəticələri barədə qeyri-rəsmi məlumatlar dinlənilib. Həmin məlumatlarda vətəndaş cəmiyyətini narahat edən bəzi müddəaların layihədən çıxarıldığı qeyd olunsa da, iyunun 30-da Milli Məclisin müzakirə edəcəyi yeni variant açıqlanmır. İşçi qrupunun üzvləri parlament komitəsində, eləcə də digər rəsmi strukturlarda QHT qanunu ilə bağlı aparılan müzakirələrdə vətəndaş cəmiyyətinin təmsilçilərinin iştirakına imkan verilməməsindən narahat olduqlarını bildirdilər. Cəmiyyətdən gizlin, qeyri-şəffaf və qapalı şəraitdə aparılan müzakirələr heç bir halda qanunun təkmilləşdirilməsinə xidmət edə bilməz. Işçi qrup QHT qanununun müzakirəsində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməməsinə, Milli Məclisin müzakirəsinə çıxarılacaq yeni variantın açıqlanmamasına və məsələnin parlamentin gündəliyində saxlanılmasına etiraz əlaməti olaraq sabah saat 11-də Milli Məclisin binası qarşısında etiraz aksiyası keçirmək barədə qərarı qüvvədə saxlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA