?QHT-lərin böhrandan çıxız yolu? mövzusundakı debat baz tutmadı, qalmaqal oldu

img

29-06-2009 [06:02]


Bu gün Media Mərkəzində ?QHT-lərin böhrandan çıxış yolu? mövzusunda növbəti debat keçirilib. Qeyd edək ki, keçirilməsi nəzərdə tutulan debatda tərəf kimi parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynov və Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin təsisçilərindən olan Qubad İbadoğlu dəvət edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Ə.Hüseynov debata qatılmadığı üçün onun əvəzinə Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev iştirak edib. Q.İbadoğlu da tədbirə bir qədər gec qatıldığından A. Quliyev öncə çıxış edib. A.Quliyev deyib ki, bu gün parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib və ?QHT-lər haqqında? Qanuna təklif olunan əlavə və dəyişikliklər layihəsində ölkə QHT-lərini narahat edən bütün müddəaların aradan qaldırılıb. Şura sədri onu da nəzərə çatdırıb ki, parlamentin sabah keçiriləcək iclasına yeni bir layihənin təqdim ediləcək: ?Buna uzun müddət aparılan danışıqlardan sonra nail ola bilmişik və istəyirik ki, problem öz həllini tapsın. Bununla da narazılıqlar aradan qaldırılsın?. Debata gecikən Q.İbadoğlu debat tərəfləri üçün nəzərdə tutulmuş yerdə əyləşməkdən imtina edib. Lakin debatın aparıcısı İlhamiyyə Rzayeva əvvəlcədən onun tərəf kimi iştirak edəcəyi ilə bağlı razılığın əldə olunduğunu xatırladıb. Q. İbadoğlu isə cavabında ?Əslində tədbirin təşkilatçıları razılaşmanı pozub. Siz bildirmişdiniz ki, tərəf kimi burada Əli Hüseynov iştirak edəcək. Amma göründüyü kimi, o, yoxdur?. Təkidlərdən sonra Q. İbadoğlu debat tərəflərinə ayrılan yerdə əyləşməyə razı olub. Ancaq bu dəfə isə Azay Quliyev ?mən bura sadəcə yeni məlumatları verməyə gəlmişdim və buna görə də heç kimdən sağ ol da istəmirəm. Fikirlərimi dedim, indi gedirəm? deyərək debatı tərk edib. Q. İbadoğlu isə çıxış edərək QHT-lərin etiraz və narahatlıqlarının qüvvədə qaldığını deyib: ?Heç kim zəmanət verə bilməz ki, deputatlar istənilən sənədə səs verməyəcəklər. Çünki heç deputatların həmin yeni layihəni oxumağa vaxtları da olmayacaq.Buna görə QHT-lər sabah parlamentin binası qarşısında yenidən etiraz aksiyası keçirəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA