Təhsil Nazirliyi zagirdlər üçün yay düzərgəsi təzkil edəcək

img

29-06-2009 [05:42]


Təhsil Nazirliyi riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə şagirdlər arasından ən istedadlılarını müəyyənləşdirmək məqsədilə seçim aparıb. Tanınmış alim və mütəxəssislərin iştirakı ilə aparılan seçimdə IX və X siniflərdə oxuyan 621 istedadlı şagird iştirak edib. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, şagirdlərə göstərilən fənlərin hər biri xüsusi hazırlanmış 50 testə cavab veriblər. Nazirlikdən verilən məlumata görə, bəzi orta məktəblərin seçim turuna göndərdikləri ?istedadlı? uşaqlar ?0? bal toplayıblar. Bu isə bir sıra məktəb rəhbərlərinin sözügedən məsələyə layqeyd yanaşması kimi qiymətləndirilib. Seçim turunda ən yüksək nəticə göstərən 50 nəfər şagirdin adı müəyyənləşib. Onlar iyul ayında Təhsil Nazirliyinin Bakının Şüvəlan qəsəbəsində təşkil edəcəyi istirahət düşərgəsində dincəlmək imkanı qazanıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA