Tələbələrə də güzəztli zərtlərlə noutbuklar satılacaq

img

29-06-2009 [05:41]


Məlum olduğu kimi bir neçə aydır müəllimlərə güzəştli şərtlərlə kompüter və noutbukların satışına start verilib. Sentyabrdan tələbələrlə də bağlı bu cür yeni kampaniya təşkil olunacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Müstəqil informasiya Agentliyinə verilən məlumata görə, HP şirkətinin ölkəmizdəki nümayəndəliyi və DNS Computers şirkətinin Azərbaycanda birgə həyata keçirəcəyi ?Tələbə noutbuku? adlı proqramın məqsədi gənclərin kompüter savadının artırılmasına nail olmaqdır. Proqramın iştirakçısı olacaq tələbələr HP noutbuklarını faizsiz kreditlə götürüb, iki il ərzində yalnız onun öz qiymətini ödəyəcəklər. Yeni dərs ili ərəfəsində start veriləcək kampaniyaya ölkənin istənilən bölgəsindən olan tələbələr qoşula biləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA