AŞPA-nın yay sessiyasından qayıdan hüquq müdafiəçilərinin səfər hesabatı

img

29-06-2009 [02:46]


Xəbər verdiymiz kimi, Azərbaycan İnsan Hüquqları Monitorinq Qrupunun nümayəndə heyəti iyunun 24-27-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında iştirak ediblər. Bu gün səfərin nəticələri ilə bağlı qrupun üzvləri ? Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Səidə Qocamanlı mətbuat konfransı keçiriblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, hüquq müdafiəçisi Səidə Qocamanlı konfransda çıxışı zamanı bildirib ki, səfər çərçivəsində Venesiya Komissiyasının baş katibi Cani Bukikkio, ?Aqo? qrupunun rəhbəri Stelian Stoiyan, Azərbaycan üzrə həmməruzəçi Andreas Herkel, AŞPA-nın Hüquq və İnsan haqları Komitəsinin rəsmiləri İsild Heyerin və Marin Trevisal və digər şəxslərlə görüşlər keçiriblər. Hüquq müdafiəçisi görüşlər zamanı Azərbaycanda ?QHT-lər haqqında? Qanuna əlavə və dəyişikliklər, siyasi məhbuslar məsələsinin əsas müzakirə mövzusu olduğunu nəzərə çatdırıb. Novella Cəfəroğlu isə bildirib ki, ?Aqo? qrupu QHT-lər haqqında qanuna təklif olunan əlavə və dəyişikliklərdən ciddi narahat olduqlarını bildiriblər: ?Biz bu qanuna hətta qismən dəyişikliklərin də əleyhinə olduğumuzu qeyd etdik. Bu qanuna dəyişikliklərin ediləcəyi halda Azərbaycanda İran tipli bir mühitin formalaşacağını onların diqqətinə çatdırdıq, məsələni bütün incəlikləri izah etdik. Qrupun üzvləri isə bildirdilər ki, onlar da bu qanuna dəyişikliklərin əleyhinədirlər və bu ilin sentyabrında Azərbaycana səfər edəcəklərini qeyd etdilər?. Səadət Bənənyarlı isə sessiyada A.Herkelin məruzə ilə çıxış edə bilmədiyini vurğulayaraq deyib ki, digər həmmurəzəçi Yevgeniya Jivkova parlament seçkilərinə namizədliyini irəli sürmədiyi üçün o artıq həmməruzəçi deyil. Onun sözlərinə görə, digər həmməruzəçi təklifdə hesabat vermək səlahiyyətində olmayıb: ?Ona görə də hesabat ikinci həmməruzəçsi müəyyənləşdikdən sonra olacaq ki, bu da gələn ilin yanvar-fevral ayına təsadüf edəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA