Elçin Behbudov Zaqatala-Baləkən polis zöbələrində monitorinq aparacaq

img

29-06-2009 [01:24]


İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi sabah Zaqatala-Balakən zonasında polis şöbələrində monitorinqlər keçirəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən komitənin sədri Elçin Behbudov məlumat verib. E.Behbudov bildirib ki, monitorinlər apardıqdan sonra nəticələrlə bağlı mətbuata məlumat veriləcək. Onun sözlərinə görə, monitorinqlər mütəmadi olaraq keçirilir: ?Bir neçə gün öncə 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində ?Talışın səsi? qəzetinin baş redaktoru, professor Məmmədəli Novruzovla görüşmüşəm. Baş redaktorun səhhətində problemlər var. Onu mənim xahişimlə müalicə mərkəzinə yerləşdiriblər. Bu yaxınlarda 3 saylı Şüvəlan İstintaq Təcridxanasında adi məhbusları qəbul etdim. Həmin məhbusların əksəriyyətinin şikayəti ibtidai istintaqdandır. 26 iyun BMT-nin təşəbbüsü ilə Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiəsi günü kimi qeyd olunur. Həmin günmətbuat konfransı keçirdik. Keçmiş sovet dövlətlərinin əksəriyyəti bu günün üstündən sükutla keçməyə çalışırlar. Konfransda rəsmi şəkildə bəyan etdik ki, artıq İşgəncə Qurbanlarının Beynəlxalq Müdafiə Komitəsinin əsası qoyulub?. Komitə sədri həmçinin deyib ki, sonuncu dəfə sabiq nazirlərdən Əli İnsanovla və Fərhad Əliyevlə görüşüb: ?Hər iki nazir hər zaman olduğu kimi saxlanma şəraitindən, onlara qarşı münasibətdən narazıdırlar. Ümumiyyətlə, məhbusların əksəriyyətinin şikayəti ibtidai istitaqdan və məhkəmə orqanlarından olur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA