Bu gün Milli Məclisin iclasıdır

img

29-06-2009 [12:11]


Bu gün Milli Milli Məclisin növbədənkənar sessiyasının iclası keçiriləcək. Iclasın gündəliyinə 18 məsələnin müzakirəsi daxil edilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasu Şura üzvü, millət vəkili Aydın Mirzəzadə məlumat verib. A.Mirzəzadə deyib ki, Milli Məclisin bugünkü iclasında ?Dini etiqad azadlığı haqqında?, ?Qeyri-hökumət təşkilatları haqqında?, ?Kütləvi informasiya vasitələri haqqında? qanunlara əlavə və dəyişikliklərin müzakirəsi davam etdiriləcək. YAP-çı deputat onu da bildirib ki, əvvəlcədən elan olunduğu kimi, iclasda Mənzil Məcəlləsi, İnzibati Prosessual Məcəllə, ?Bədən tərbiyəsi və idman haqında? qanun layihəsi üçüncü oxunuşda müzakirə ediləcək. Milli Məclisdən verilən məlumata görə isə iclasda Yaponiya ilə Azərbaycan arasında kredit sazişinin təsdiq edilməsi, Diplomatik xidmətdə fərqlənməyə görə medalın təsdiq edilməsi, Diplomatik xidməti orqanlarının 90 illiyi yubiley medalının təsdiq edilməsi, İsmayıllı, Salyan, Saatlı rayonlarının, o cümlədən Şirvan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi, eyni zamanda Milli Məclisin parlamentlərarası işçi qruplarının tərkibində dəyişiklik edilməsi və digər məsələlər müzakirə olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA